Daxili İşlər Nazirliyi qanun pozuntularına görə 1500 əcnəbinin Rusiya vətəndaşlığına xitam verib.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin geniş kollegiya iclasında idarə rəisi bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qanun pozuntularına görə 1500-ə yaxın şəxsin Rusiya vətəndaşlığına xitam veriblər.
Bundan əlavə, 2024-cü ilin sonuna qədər 700 mindən çox əcnəbinin Rusiya Federasiyasının ərazisində olmaq üçün heç bir əsası olmayıb, onlar aprelin 30-dək ölkəni tərk etməlidirlər.