Şimal-qərb regionunun ümumi təhsil müəssisələrinin 61 şagirdi Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanıb.
Ucnoqta.az xəbər verir ki, yarımfinal mərhələsində Şəki rayonu üzrə 34, Oğuz rayonu üzrə 8, Qax rayonu üzrə 7, Balakən, Zaqatala və Qəbələ rayonlarının hər biri üzrə 4 şagird yarımfinal mərhələsində uğur qazanaraq finala vəsiqə qazanıb.
Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.