Azərbaycanda tanınmış vəkil həbs edildi

13:57 - 5 Mart 2025 - Xəbər

Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi bu dəqiqələrdə hökm çıxarıb. 

Hökmə əsəsən, vəkil Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib.

Eyni zamanda Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədova da həmin maddələrlə təqsirli bilinərək 6 ay müddətə islah işləri cəzası verilib.

Xüsusi ittihamçı, tanınmış vəkil Ceyhun Yusfovun vəkili Asim Abbasov faktı saytımıza təsdiq edib.

Xəbər xətti