Xəbər verdiyimiz kimi, Göygöldə 4 nəfər zəhərlənərək ölüb.
Vəfat edən qadınlardan biri müəllim imiş.
Belə ki, 25 yaşlı Münəvvər Hüseynova Şəmkir rayonunun Səməd Vurğun adına qəsəbə tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə dərs deyirmiş.
Xatırladaq ki, dəm qazından öldükləri deyilən şəxslər 1990-cı il təvəllüdlü S. Müseyibova, 1999-cu il təvəllüdlü S. Hüseynli və onun bacıları - 2000-ci il təvəllüdlü M. Hüseynova və 2004-cü il təvəllüdlü X. Hüseynovadır.
Faktla bağlı araşdırma aparılır.///qqafqazinfo