Macarıstan Aİ-də səsvermə hüququndan məhrum edilə bilər

12:14 - 5 Mart 2025 - DÜNYA

"Volt Avropa" partiyasından olan deputatlar Avropa liderlərinə martın 6-da keçiriləcək Aİ sammitindən əvvəl Macarıstanın blokdakı səsvermə hüquqlarından məhrum edilməsini ehtiva edən fəaliyyət planı göndərəcəklər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropanın Politico nəşri məlumat yayıb.

Onun sözlərinə görə, qanunvericilərin planı doqquz bənddən ibarətdir. Avropa Parlamenti üzvləri Macarıstanı səsvermə hüquqlarından məhrum etməklə yanaşı, Aİ-nin baş diplomatı Kaja Kallasın tamhüquqlu xarici işlər naziri təyin edilməsini, ümumi Avropa ordusunun yaradılmasını və Aİ-nin müdafiə sahəsində səlahiyyətlərinin genişləndirilməsini tələb edirlər.

Xəbər xətti