Qadın qonaq gəldiyi ata evində qəfil öldü

16:34 - 5 Mart 2025 - HADİSƏ

Masallıda 41 yaşlı qadın qonaq gəldiyi ata evində ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.

1984-cü il təvəllüdlü Şəlalə Məhərrəmli qonaq gəldiyi atası Bəhrəm Məlikovun evində olan zaman qəflətən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti