Zelenskinin bəyanatını irəliyə doğru addım hesab edirik - Ağ Ev

00:10 - 6 Mart 2025 - DÜNYA

 ABŞ prezidenti Donald Tramp və Ukrayna dövlət başçısı Volodimir Zelenski arasındakı kəskin ziddiyyətlər Vaşinqtonun bağlı qapılar da daxil olmaqla Kiyevlə təmasların nəticələrindən narazılığını əks etdirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.

"Mən dəfələrlə dediyim kimi, cümə günü bu administrasiyanın ukraynalılarla bağlı qapılar arxasında danışıqlardan sonra yaranan narazılığını əks etdirdi", - Amerika liderinin rəsmi nümayəndəsi vurğulayıb.

"Lakin prezident Zelenski dünən bəyanat verdi ki, biz irəliyə doğru müsbət addım hesab edirik. Milli təhlükəsizlik müşaviri Vals ukraynalı həmkarları ilə əlaqə saxlayır. İşlərin necə inkişaf edəcəyini görəcəyik" - Levitt qeyd edib.

Xəbər xətti