ABŞ və Ukrayna nümayəndə heyətləri martın 12-də Səudiyyə Ərəbistanında görüşəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.
"ABŞ və Ukraynanın yüksək rütbəli rəsmiləri gələn çərşənbə günü Səudiyyə Ərəbistanında görüşəcəklər, iki mənbə mənə deyir", - o, X-də yazıb.
Nəşr qeyd edir ki, dünən görüşlə bağlı razılıq əldə olunub.