Türkiyə və Rusiya prezidentləri arasında görüş planlaşdırılmır - Ərdoğanın müşaviri

00:03 - 7 Mart 2025 - DÜNYA

Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç bildirib ki, hazırda Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında şəxsi görüş planlaşdırılmır.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə CNN Türk telekanalının efirində bildirib.

“Hazırda planlaşdırılan heç nə yoxdur, lakin bu, hər an baş verə bilər. Hadisələr o qədər sürətlə baş verir ki, ola da bilər, olmaya da. Amma hazırda bu suala cavab vermək imkanım yoxdur. Əlaqələr davam edir”, - Kılıç deyib.

Xəbər xətti