Ukraynanın ABŞ tərəfindən satın alınan kommersiya peyk görüntülərinə çıxışı dayandırılıb

05:49 - 8 Mart 2025 - DÜNYA

ABŞ Milli Geoməkan-Kəşfiyyat Agentliyi (NGA) Ukraynanın ABŞ hökuməti tərəfindən satın alınan kommersiya peyk görüntülərinə çıxışının müvəqqəti olaraq dayandırıldığını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Washington Post məlumat yayıb.

Nəşr qeyd edir ki, Milli Geoməkan-Kəşfiyyat Agentliyi Ukraynaya dəstək üçün administrasiyanın direktivinə uyğun olaraq ABŞ-ın satın aldığı kommersiya peyk görüntülərini təmin edən sistemə girişi müvəqqəti olaraq dayandırıb. 

Məlumata görə, ABŞ tərəfdaşları və müttəfiqləri GEGD (Global Enhanced GEOINT Delivery) sistemi vasitəsilə yer səthinin təsvirlərinə çıxış əldə edirlər.

Nəşrin qeyd etdiyi kimi, Ukrayna Silahlı Qüvvələri artilleriya atəşini tənzimləmək, həmçinin pilotsuz təyyarələr üçün prioritet hədəfləri müəyyən etmək üçün peyk görüntülərindən istifadə edib.

Xəbər xətti