“Aqroservis” ASC-nin İdarə Heyəti sədrinə müavin təyin olunub.
Ucnoqta.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, sözügedən vəzifəyə Alıyev Nurşən Elxan oğlu gətirilib. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Əmr imzalayıb.
Məlumata görə, N. Alıyev Məcnun Məmmədovun yaxın dostu, hazırda “Aqroservis” ASC-nin sədri vəzifəsində çalışan Mehman Veysəlovla əvvəllər birgə çalışıb.
Qeyd edək ki, bu ilin yanvar ayında “Aqroservis”in İdarə Heyətinin sədr müavini İlyas Həsənov vəzifəsindən azad edilib.
Xatırladaq ki, N.Alıyev uzun müddət “Təmiz Qaz” QSC-nin direktoru vəzifəsində çalışıb və “AAN Group” şirkətinin də rəhbəridir.