Talibandan qadınlara daha bir QADAĞA

13:08 - 7 Mart 2025 - DÜNYA

 Radikal Taliban hərəkatının yaratdığı Əfqanıstan hökumətinin rəsmiləri qadınların camaat namazı qılmaq üçün məscidlərə getməsini qadağan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Herat vilayətindəki mənbələrə istinadən “Etilaatroz” qəzeti məlumat yayıb.

Məlumata görə, yeni məhdudiyyətlərlə bağlı məlumatlar şifahi, imamlar vasitəsilə əhaliyə çatdırılıb.
Qəzetin mənbələrindən birinin qeyd etdiyi kimi, bundan sonra qadınların da məscidlərdə cümə namazına getməsinə icazə verilmir, baxmayaraq ki, əvvəllər orada onlar üçün ayrıca otaqlar yaradılıb.

Xəbər xətti