Yevlaxda 20 yaşlı qadının üzərinə daş hasar uçub.
Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin “İnternat məktəbi” adlanan ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Hüseynova Nərmin Rafiq qızı aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.