Lökbatan qəsəbəsində "Azpetrol" yanacaq doldurma məntəqəsində avtomobil yanıb.
Ucnoqta.az "unikal"a istinadən xəbər verir ki, "Chevrolet Cobalt" markalı avtomobildə quraşdırılmış qaz balonunun partlaması nəticəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı nazirliyin "112" qaynar telefon xəttinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində avtomobildə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub:
"Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində "Chevrolet Cobalt" markalı avtomobildə baş verən yanğın söndürülüb. Ətrafdan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub".