Makron Putinlə görüşməyə hazır olduğunu bildirib

07:56 - 7 Mart 2025 - DÜNYA

Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə dialoqa hazır olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Zelenski, avropalı tərəfdaşlarımız və mən hesab edirəm ki, bunun üçün doğru zamanın gəldiyini düşünəndə mən prezident Putinlə danışmağa hazıram. Beləliklə, bu sualın cavabı bəlidir”, - Makron bildirib.

Fransa lideri əlavə edib ki, danışıqlar iştirakçılarının görüşləri dövlət başçıları ilə təmaslardan əvvəl baş tutmalıdır.

Xəbər xətti