ABŞ Rusiya ilə deyil, Ukrayna ilə əlaqə saxlamaq mürəkəbdir - Tramp

21:42 - 7 Mart 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp deyib ki, Vaşinqton üçün bütün kartlara sahib olan Rusiyadansa, Ukrayna ilə qarşılıqlı əlaqə qurmaq daha çətindir.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

Ondan Rusiya rəhbərliyinin Ukrayna ilə hesablaşmaya hazır olması ilə bağlı bəyanatlarına etibar edib-etmədiyini soruşublar.
 "Mən ona güvənirəm. Düşünürəm ki, biz Rusiya ilə yaxşı işləyirik", - Tramp bildirib.

"Mənim üçün Ukrayna ilə məşğul olmaq daha çətindir. Onların əllərində kart yoxdur", - Amerika lideri vurğulayıb.
“Yekun nizamlanma məsələsində Rusiya ilə qarşılıqlı əlaqə qurmaq daha asan ola bilər, bu təəccüblüdür, çünki bütün kartları onların əlində saxlayır”, o vurğulayıb.

Xəbər xətti