"Bitcoin" (BTC), "Ethereum" (ETH), "Cardano" (ADA), "Solana" (SOL) və "Ripple" (XRP) qiymətləri ABŞ prezidenti Donald Trampın Bitkoin üçün strateji kriptovalyuta ehtiyatı yaratmaq üçün sərəncam imzalamasından sonra ucuzlaşıb.
Ucnoqta.az xəbər verir ki, bunu Binance platformasının məlumatları göstərir.
Platformanın məlumatına görə, bitkoinin qiyməti 4,89% azalaraq 85,724 min dollar, Ethereum qiyməti 2 118 min dollar (-5,36%), Cardano 12,03% itirərək 0,8384 dollara, Solana 5,76%, 136,67 dollara, Ripple 3,35% azalaraq 2,4 dollara düşüb.