Ziya Bünyadov prospektində qəza baş verib, sıxlıq yaranıb

10:35 - 7 Mart 2025 - HADİSƏ

Ziya Bünyadov prospektində qəza baş verib, sıxlıq yaranıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.

Xəbər xətti