İsrail hakimiyyəti İordan çayının qərb sahilindən məhdud sayda müsəlmana Ramazan ayında Həcc ziyarətini yerinə yetirmək üçün Məbəd dağını ziyarət etməyə icazə verib.
Ucnoqta.az-ın məlumatına görə, RİA Novosti bu barədə İsrail baş nazirinin ofisinə istinadən xəbər verir.
Bildirilir ki, Baş nazir Benyamin Netanyahu və nazirlər təhlükəsizlik orqanlarının Ramazan ayı ərzində cümə günləri Yəhudeya və Samariyadan olan məhdud sayda müsəlman ibadət edənlərin Məbəd dağına daxil olmasına icazə verilməsi ilə bağlı tövsiyəsini təsdiqləyiblər. Bu format keçən il istifadə edilən sxemə bənzəyir.
İsrail hakimiyyəti İordan çayının qərb sahilindəki əraziləri Yəhudeya və Samariya adlandırır və qeyd edilir ki, 55 və daha yuxarı yaşlı müsəlman kişilər, 50 və daha yuxarı müsəlman qadınlar və 12 yaşdan kiçik uşaqlar təhlükəsizlik yoxlamasından keçdikdən sonra Məbəd dağına daxil ola bilərlər.