QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Ucnoqta.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə elan etdiyi böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələrini elan edib. İclasda Agentliyin 2025-ci il üzrə elan etdiyi böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri layihələri yoxlamış müstəqil ekspertlərin rəyləri nəzərə alınmaqla, kollegial müzakirə olunub və nəticələr təsdiq edilib.
Qeyd edək ki, qrant müsabiqələrinə 915 QHT müraciət etmişdi. Agentlik 407 qeyri-hökumət təşkilatının layihəsini maliyyələşdirəcək.
2025-ci il üzrə böyük, orta və kiçik qrant müsabiqələrində qalib olan QHT-lərin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.