Beyləqanda kişi spirtli içkidən zəhərlənərək ölüb

10:53 - 7 Mart 2025 - HADİSƏ

Beyləqanda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın xəbərinə görə, ilkin ehtimala görə, spirtdən zəhərlənən 1996-cı il təvəllüdlü Səyyad Vəlizadə həyatını itirib.

Qohumları onun spirtli içkidən zəhərləndiyini bildirib.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti