32
Argentina millisinin və “İnter Mayami” klubunun hücumçusu Lionel Messi MLS-in (ABŞ və Kanada əsas futbol liqası) növbəti turunda “Filadelfiya” ilə oyunda (2:2) fərqlənib.
Ucnoqta.az xəbər verir ki, Messi qarşılaşmanın 26-cı dəqiqəsində komandasının ikinci qolunu vurub və hesab “İnter Mayami”nin xeyrinə 2:1 olub. Bu, argentinalı futbolçunun atasının ölümündən sonra vurduğu ilk qol kimi qeydə alınıb.
Avqustun 8-də Messinin atası Xorxe Messinin 68 yaşında vəfat etdiyi məlum olub. O, uzun sürən xəstəlikdən sonra Rosario şəhərindəki xəstəxanalardan birində dünyasını dəyişib.
