26
1958-ci il futbol üzrə dünya çempionatında Fransa millisinin heyətində bürünc medal qazanan Robert Muine 97 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə L’Équipe məlumat yayıb.
Futbolçunun ölüm səbəbi açıqlanmayıb.
Muine DÇ-1958-in bürünc medalını qazanan Fransa yığmasının sağ qalan sonuncu üzvü idi. O, klub karyerası ərzində “Tuluza”, “Kan” və “Lion” komandalarında çıxış edib.
Muine Fransa millisinin heyətində heç bir rəsmi matçda meydana çıxmayıb, lakin 1958-ci il dünya çempionatında milli komandanın heyətinə daxil edilib.
