Ukraynada Rusiya Federasiyasının yeni itkilərinin siyahısı açıqlanıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, iyunun 11-də gün ərzində daha 1100 işğalçı məhv edilib. Rusiya SQ-nin canlı qüvvə itkilərinin ümumi döyüş itkiləri 520 870 nəfər təşkil edib.
Ümumiyyətlə, genişmiqyaslı müharibə zamanı: tanklar – 7902 (+23) ədəd, zirehli döyüş maşınları – 15176 (+32) ədəd, artilleriya sistemləri – 13690 (+46) ədəd, RSZV – 1099 (+1) ədəd, hava hücumundan müdafiə vasitələri – 842 (+5) ədəd, təyyarə – 359 (+1) ədəd, helikopterlər – 326 (+0) ədəd, Əməliyyat-taktiki səviyyəli PUA – 11023 (+13), qanadlı raketlər – 2278 (+0), gəmilər və qayıqlar – 28 (+0) ədəd, sualtı qayıqlar – 1 (+0) ədəd, avtomobil avadanlığı və yük maşınları – 18 676 (+58) ədəd, xüsusi texnikanın – 2288 (+21) məhv edilib.
