Pakistan Silahlı Qüvvələri Əfqanıstanın cənubundakı Kəndəhar şəhərinə zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Əfqanıstanın TOLO News telekanalı məlumat yayıb.
Məlumata görə, zərbələr şəhərin 9-cu rayonunun yaxınlığındakı əraziyə endirilib. Əfqanıstan hökumətinin nümayəndəsi Zəbihullah Mücahid telekanala açıqlamasında hücum nəticəsində hər hansı zərərin olmadığını bildirib.
Pakistanın informasiya naziri Attaullah Tarar isə daha sonra açıqlamasında zərbələrin Əfqanıstan tərəfindən ölkəsinin hava məkanının pozulmasına cavab olaraq həyata keçirildiyini bildirib.
O, X sosial şəbəkəsində yazıb ki, hücumlar “qəsdən, dəqiq və ölçülü” olub və yalnız Pakistana qarşı hücum cəhdləri ilə birbaşa əlaqəli olduğu müəyyən edilən hərbi obyektlərlə məhdudlaşıb.
