Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin komandası ilə danışıqların keçirildiyini təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, görüşlər zamanı onun Tramp ilə söhbəti zamanı qaldırılan məsələlər ətraflı müzakirə olunub.
Ukrayna Prezidenti hələlik danışıqların nəticəsi ilə bağlı hazır sənəd və ya konkret yazılı təklif görmədiyini bildirib.
Zelenski Uitkoff və Kuşnerin daha əvvəl Kiyevə səfərini də xatırladaraq, onların Ukraynaya səfərinin səbəbsiz olmadığını deyib. ABŞ nümayəndələri sentyabrın əvvəlində Kiyevdə Zelenski və Ukraynanın danışıqlar komandası ilə görüşüblər.
Onun sözlərinə görə, ABŞ tərəfi Rusiya ilə mümkün gələcək razılaşmaların formatını müzakirə etmək üçün bir neçə həftə danışıqlar aparmağı planlaşdırır.
