25
Dağıstanda 2006-cı ildə vəfat edən şəxsin adına 2023-cü ilədək hesablanan pensiya ödənişlərinin mənimsənilməsi ilə bağlı cinayət işi başlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dağıstan Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Qızılyurt rayonunun Novosasitli kəndində yaşayan kişi 2006-cı ildə vəfat edib. Buna baxmayaraq, onun adına 2006–2023-cü illər ərzində pensiya ödənişləri hesablanıb və ümumilikdə 1,8 milyon rubldan çox vəsait mənimsənilib.
Fakt Qızılyurt rayonlararası prokurorluğunun pensiya qanunvericiliyinin icrasının yoxlanılması zamanı aşkarlanıb.
Toplanmış materiallar əsasında cinayət işi başlanıb.
