29
Bu gün – sentyabrın 24-də Yer kürəsində maqnit qasırğası gözlənilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti xəbərdarlıq edib.
Alimlərin məlumatına görə, gün ərzində Günəşin tac dəliyindən ayrılan yüksək sürətli günəş küləyi axınının Yerə çatacağı gözlənilir.
Proqnozlara əsasən, Kp indeksi 5 və daha yüksək səviyyəyə qalxa bilər. Bu isə G1 səviyyəli, yəni zəif maqnit qasırğasının baş verməsi deməkdir.
Gözləntilərə görə, maqnit qasırğası qısamüddətli olacaq və artıq sabah vəziyyətin yaxşılaşacağı proqnozlaşdırılır.
Məlumata əsasən, sentyabrın 25-i və 26-da Yer kürəsində geomagnit şərait sakit və ya cüzi dərəcədə təlatümlü olacaq.
