0
Keniyalı yeniyetmə İngiltərədən Hollandiyaya təyyarənin şassi bölməsində uçaraq sağ qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Mirror” yazır.
Nəşrin məlumatına görə, 16 yaşlı oğlan, Limburq əyalətinin Bek şəhər aeroportuna enən təyyarənin şassisinin yanında aşkarlanıb. Həkimlər hipotermiya keçirmiş oğlanın vəziyyətini ağır qiymətləndiriblər.
Aeroport nümayəndəsinin sözlərinə görə, keniyalı oğlanın bəxti gətirib: “Adətən belə şassidən yapışaraq uçan biletsiz sərnişinlər soyuqdan donaraq ölürlər”.
Bildirilir ki, yeniyetmə “Turkish Airlines” aviaşirkətinə məxsus “Airbus A330” yük təyyarəsi ilə gəlib.
Namiq Musayev
