18
Azərbaycanın “Azeri Light” markalı neftinin dünya bazarındakı qiymətində azalma qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, “Azeri Light”ın bir barelinin qiyməti 78 sent və ya 0,74 faiz geriləyərək 104,20 ABŞ dollarına enib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsində neftin orta qiyməti 1 barel üçün 65 dollar səviyyəsində götürülüb.
