33
Azərbaycanı Çempionlar Liqasının Liqa mərhələsində təmsil edəcək “Sabah” ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
Ucnoqta.az xəbər verir ki, Masazır klubunun UEFA-ya təqdim etdiyi ev stadionu Bakı Olimpiya Stadionu olub.
Beləliklə, “Sabah”ın Liqa mərhələsində Bakıda keçirəcəyi 4 qarşılaşmanın hamısı BOS-da təşkil olunacaq.
“Sabah”ın ev oyunlarının təqvimi belədir:
13 oktyabr
20:45. “Sabah” – “Slaviya” (Çexiya)
20 oktyabr
20:45. “Sabah” – “Borussiya” (Dortmund, Almaniya)
25 noyabr
21:45. “Sabah” – “Barselona” (İspaniya)
20 yanvar
“Sabah” – “Napoli” (İtaliya)
