Düzgün seçilmiş çanta ən sadə geyimi belə daha baxımlı göstərə və obrazı tamamlayа bilər. Hər gün ofis, universitet və şəhərdə gəzinti arasında olanlar üçün isə çantanın yalnız dəbli deyil, həm də rahat və funksional olması vacibdir.
Ucnoqta.az bildirir ki, bu payız gündəlik istifadə üçün uyğun olan 7 çanta modeli:
1. Sport üslubunda vintage çanta
Sportiv qlamur və retro üslubun uğurlu birləşməsidir. Obraza fərqli xarakter və dinamika qatır.
2. Praktik tekstil çantası
Təhsil və ofis üçün funksional və geniş seçimdir. Noutbuk, A4 sənədlər və dəftərləri rahatlıqla yerləşdirmək mümkündür.
3. Zamşalı boho çanta
Payız üçün zərif və rahat seçimdir. Yumşaq zamşa materialı geyimə xüsusi tekstura və istilik hissi verir. Quru havada trikotaj paltar, trençkot və klassik palto ilə yaxşı uyğunlaşır.
4. Kargo çanta
Praktikliyi sevənlər üçün əlverişli modeldir. Ölçüsü böyük olmasa da, əlavə cibləri sayəsində kifayət qədər əşyaya yer verir. Çiyində rahat daşınır və fermuarı əşyaları qoruyur.
5. Tikişli dəri bel çantası
Əllərin sərbəst qalmasını istəyənlər üçün ideal seçimdir. Hər gün çoxlu əşya götürənlər üçün xüsusilə rahatdır. Parlaq dəri səthi çantaya dəbli görünüş verir və yağışlı havada da praktikdir.
6. Klassik dəri şoper
Gündəlik qarderob üçün universal seçimdir. Sadə forması və möhkəm tutacaqları sayəsində həm klassik kostyum, həm də cins geyimlə uyğunlaşır. Noutbukdan tutmuş çətirə qədər lazım olan əşyaları yerləşdirmək mümkündür.
7. Hobo çanta
Geniş və rahat modeldir. Yumşaq forması və enli tutacağı çantanı gün ərzində çiyində rahat daşımağa imkan verir. Minimalist dizaynı həm iş, həm də gündəlik gəzintilər üçün uyğundur.
