Payız aksesuarları artıq sadəcə geyimi tamamlayan kiçik detallar deyil. Bu mövsüm onlar obrazın əsas vurğusuna çevrilərək ən sadə gündəlik geyimi belə tamamilə dəyişə bilər.
Ucnoqta.az xəbər verir ki, dizaynerlər bu payız dərin rənglərə, zərif detallara və cəsarətli üslub seçimlərinə üstünlük verirlər. Bu tendensiyalar obrazlara xüsusi xarakter və eleqantlıq qazandırır.
Kontrast rəngli çantalar
Çantanı ayaqqabı və ya palto ilə eyni rəngdə seçmək vacib deyil. Doymuş rəngli çanta monoxrom obrazı uğurla tamamlaya bilər. Xaki, klassik qara, tünd qəhvəyi və bordo tonlarına diqqət yetirmək olar.
Əlcəklər
Əlcəklər soyuq havada əlləri qorumaqla yanaşı, obrazı daha qadınsayağı və zərif göstərir. Qısa klassik modellərlə yanaşı, palto, trenç və pencəklərlə uyğunlaşan uzun dəri və zamşa əlcəklər də dəbdədir.
Broşlar
Massiv, skulptur formalı, çiçək və vintage üslublu broşlar yenidən populyarlıq qazanıb. Onları yalnız palto və pencəklərin yaxasına deyil, trikotaj sviterlərə, şərflərə və hətta kəmərlərə də taxmaq mümkündür.
Qalstuklar
Qalstuk qadın qarderobunda özünə möhkəm yer tutub. Onu köynək və oversayz pencəklə klassik şəkildə taxmaq, yaxud nazik şərf əvəzinə boyuna dolayaraq uclarını sərbəst buraxmaq olar.
İpək yaylıqlar
İpək yaylıq payız üçün həm universal, həm də maraqlı aksesuardır. Onu boyuna bağlamaq, saçlara hörmək və ya brelok əvəzinə çantanın qulpunu bəzəmək mümkündür.
Kepilər
Tviddən dəriyə qədər müxtəlif materiallardan hazırlanan kepilər geyimə tekstura və fransız üslubuna xas xüsusi cazibə qatır. Bu baş geyimi cins şalvar və sviterdən ibarət ən sadə kombini belə daha yığcam və dəbli göstərir.
Həcmli rəngli şərflər
Böyük yun şərflər boz və soyuq payız günlərinin ideal aksessuarıdır. Naxışlı modellərlə yanaşı, qırmızı, xardal, tünd yaşıl və mavi kimi doymuş rənglərdə monoxrom şərflər də seçilə bilər. Onlar obrazda həm rahat, həm də diqqətçəkən kontrast yaradır.
