Misli Premyer Liqasında 4-cü turun son oyunları bu gün keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, turun son günündə azarkeşləri iki qarşılaşma gözləyir.
Günün ilk matçında “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq. Qarşılaşmanı Kamranbəy Rəhimovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. VAR hakimi Kamal Umudlu, AVAR hakimi isə Vüsal Məmmədov olacaq.
Turun son oyununda isə “Qarabağ” Bakıda “Araz-Naxçıvan”la üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:15-də start götürəcək. Oyunun baş hakimi Cavid Cəlilov olacaq. Elçin Məsiyev VAR, Pərvin Talıbov isə AVAR hakimi funksiyasını yerinə yetirəcək.
6 sentyabr, bazar
18:00. “Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu
20:15. “Qarabağ” – “Araz-Naxçıvan”
Tofiq Bəhramov adına Respublika Stadionu
