27
Rusiya hava hücumundan müdafiə qüvvələri gecə saatlarında ölkənin müxtəlif bölgələri üzərində 53 Ukrayna pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, PUA-lar Bryansk, Belqorod, Kaluqa, Kursk, Ryazan və Tula vilayətləri, Moskva regionu, Krasnodar diyarı, Krım Respublikası, eləcə də Qara dənizin akvatoriyası üzərində vurulub.
