21
Çinin cənub-şərqində yerləşən Tszyansi əyalətində baş verən torpaq sürüşməsi nəticəsində azı bir nəfər ölüb, 11 nəfər itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Hadisə Tszyan şəhər dairəsində baş verib. Sürüşmə nəticəsində 8 ev tamamilə dağılıb, daha 4 evə isə cüzi ziyan dəyib.
Xilasetmə xidmətləri hadisə yerinə cəlb olunub. İki nəfər dağıntılar altından xilas edilib. Hazırda itkin düşənlərin axtarışları davam etdirilir.
