Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İntizam, Nəzarət və Etika Komitəsi Çempionlar Liqasının seçmə mərhələsində baş tutan oyundan sonra baş verən insidentlə bağlı qərar qəbul edib.
Ucnoqta.az xəbər verir ki, “Fənərbağça”nın yarımmüdafiəçisi Matteo Genduzi 4, “Lion”un qapıçılar üzrə məşqçisi Antonio Ferreyra isə 5 oyunluq diskvalifikasiya olunub.
Ferreyra 5 matçlıq cəzalandırılıb. Genдуzinin 4 oyunluq cəzasının 2-si şərti xarakter daşıyır və onun üçün birillik sınaq müddəti müəyyən edilib. “Fənərbağça”nın ingiltərəli vingeri Meyson Qrinvud da 1 oyunluq şərti diskvalifikasiyaya məruz qalıb.
UEFA tərəflərə maliyyə cərimələri də tətbiq edib. “Lion” 108,5 min avro, “Fənərbağça” 95 min avro, Genдуzi isə 30 min avro cərimələnib.
Qeyd edək ki, final fitindən sonra Genduzi “Fənərbağça”nın Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsini nümayişkaranə şəkildə qeyd edib və tribunadakı azarkeşləri təxribata çəkib. Azarkeşlərdən biri meydana daxil olmağa çalışsa da, stüardlar buna mane olub.
Gendуzi tribunaları təxribata çəkməyə davam edərək meydanın tribunalaraltı hissəsinə doğru gedərkən “Lion”un qapıçılar üzrə məşqçisi Antonio Ferreyra ona hücum edib. Bundan sonra komandaların üzvləri arasında kütləvi dava düşüb.
