30
Yəmən Silahlı Qüvvələri ölkənin cənub-qərbində yerləşən Taiz və Əl-Hudeyda əyalətlərində husilərin “Ənsar Allah” hərəkatının mövqelərinə hava zərbələri endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərbi mənbələr “Al Arabiya” telekanalına məlumat verib.
Məlumata görə, Taizdə baş verən şiddətli toqquşmalar zamanı husilərin onlarla tərəfdarı öldürülüb.
Bildirilib ki, hava zərbələri husilərin hərəkət imkanlarını məhdudlaşdırıb və hökumət qüvvələrinin cəbhə xəttindəki əməliyyatlarına dəstək verib. Mənbələr Taizdə bir neçə istiqamətdə qarşıdurmaların davam etdiyini qeyd ediblər.
