29
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə ölkənin müxtəlif bölgələri, həmçinin Qara və Azov dənizlərinin akvatoriyası üzərində 258 Ukrayna pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lar sentyabrın 5-i saat 20:00-dan sentyabrın 6-sı saat 08:00-dək olan müddətdə aşkarlanaraq vurulub.
Nazirliyin məlumatına görə, PUA-lar Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Lipetsk, Oryol, Rostov, Ryazan, Saratov, Tambov və Tula vilayətləri, həmçinin Krasnodar diyarı və Krım üzərində qeydə alınıb. Bundan əlavə, Qara və Azov dənizləri üzərində də pilotsuz aparatların məhv edildiyi bildirilib.
