Rusiya ordusunun 2022-ci il fevralın 24-dən 2026-cı il sentyabrın 6-dək Ukraynadakı ümumi döyüş itkiləri təxminən 1 milyon 496 min 440 nəfər təşkil edib.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutka ərzində Rusiya ordusu daha 1 390 hərbçi itirib.
Məlumatda qeyd olunur ki, itkilərlə bağlı rəqəmlər dəqiqləşdirilir.
Ukrayna tərəfinin açıqladığı məlumata əsasən, müharibə başlayandan indiyədək Rusiya ordusunun itkiləri təxminən belədir:
12 331 tank (+3)
25 278 zirehli döyüş maşını (+5)
49 260 artilleriya sistemi (+33)
2 096 reaktiv yaylım atəşi sistemi (+3)
1 605 hava hücumundan müdafiə vasitəsi (+1)
441 təyyarə
355 helikopter
2 507 yerüstü robototexniki kompleks (+5)
501 244 operativ-taktiki PUA (+1 435)
5 070 qanadlı raket
35 gəmi və kater
2 sualtı qayıq
144 435 avtomobil və yanacaq çəni daşıyan texnika (+392)
4 644 xüsusi texnika.
