41
Xəzər dənizinin şimal hissəsində suyun çəkilməsi nəticəsində yeni quru sahələri və adalar meydana çıxıb.
Ucnoqta.az xəbər verir ki, Qazaxıstanın “Caspian Holiday” turizm şirkətinin təsisçisi Erbolat Muxaşovun sözlərinə görə, yeni yaranan ərazilərdən biri Rıbaçi adasıdır. Onun sözlərinə görə, ada Müqəddəs adadan təxminən 500 metr şərqdə, Manqistau vilayətinin Bautino kəndindən isə təxminən 30 kilometr məsafədə yerləşir.
Muxaşov bildirib ki, yeni yaranan adanın ətrafındakı sularda balıq və quşlara, quruda isə canavar, çöl donuzu və porsuq kimi heyvanlara rast gəlinir.
Onun sözlərinə görə, adaya artıq baş çəkmək mümkün olub və ərazi zəngin təbiəti ilə seçilir. Turizm şirkətinin rəhbəri adanın havadan görüntülərini sosial şəbəkələrdə paylaşıb.
