26
İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirlərin bölüşdürülməsi barədə razılığa gəlib.
Ucnoqta.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Hüseyn Möhəbi bildirib ki, danışıqlar zamanı iki ölkənin boğazın sularındakı payı və gəmiçilikdən əldə ediləcək gəlirlərdə iştirak nisbəti ilə bağlı razılaşmalar əldə olunub.
Onun sözlərinə görə, Hörmüz boğazı İran və Omana məxsusdur. Möhəbi əlavə edib ki, ABŞ əvvəllər əldə olunmuş razılaşmalara əməl edəcəyi təqdirdə su yolu açıq olacaq.
