50
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Qeyd olunub ki, jurnalın yeni nömrəsində 2026/2027-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı ixtisas qrupları üzrə təqdim olunub. I, II və III ixtisas qrupları üzrə qəbul olunanların siyahıları ayrıca jurnallarda, IV və V ixtisas qrupları üzrə qəbul olunanların siyahıları isə bir jurnalda dərc edilib.
“Abituriyent” jurnalının elektron versiyasını (PDF formatında) www.abiturient.az saytından əldə etmək mümkündür.
