İran Pakistana təşəkkür etdi

21:15 - 23 İyun 2026 - DÜNYA

İran Pakistan hakimiyyətinə İslamabadın Tehran və Vaşinqton arasında memoranduma çatmaq üçün göstərdiyi vasitəçilik səylərinə görə təşəkkür edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikasının Prezidenti Məsud Pezeşkyan bildirib.

"İran İslam Respublikasının hökuməti və xalqı Pakistan hökuməti və xalqının səylərinə, dəstəyinə və həmrəyliyinə minnətdardır. Regionun çoxsaylı çətinliklərlə üzləşdiyi kritik bir dövrdə Pakistanın dialoqu dəstəkləmək, gərginliyi azaltmaq və regional sabitliyin gücləndirilməsindəki məsuliyyətli və uzaqgörən rolu regional proseslərə qardaşcasına və gələcəyə yönəlmiş yanaşmasını nümayiş etdirdi", - Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında bildirib.

İran Prezidenti əmin olduğunu bildirib ki, İslam ölkələri qüvvələrini birləşdirərək regionda yeni təhlükəsizlik arxitekturası yarada bilərlər.

"Bu kontekstdə Qətər, Səudiyyə Ərəbistanı, Misir və Türkiyə kimi mühüm ölkələr bu regional strukturun formalaşmasında təsirli rol oynaya bilərlər", - deyə o əlavə edib.

Peseşkyan həmçinin Tehran və İslamabad arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edib və mövcud vəziyyəti nəzərə alaraq, iki ölkə liderlərinin dəstəyi ilə münasibətlərin yeni səviyyəyə çata biləcəyini vurğulayıb.

Xəbər xətti