“10-15 min dollarlıq təkliflər: Azərbaycanlı gənclər niyə geri qayıtmır?”

11:09 - 23 İyun 2026 - Cəmiyyət

Xaricdə, dünyanın top universitetlərində oxuyan gənclərimiz bizim fəxrimizdir. Amma unutmayaq ki, qlobal nəhəng şirkətlər də hazır beyin məhsulunu əldən vermək istəmirlər.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Əmrah Həsənli ARB TV-də yayımlanan Təhsil arenası verilişində səsləndirib.

Ekspert bildirir ki, onlar bizim gənclərə məzun olan kimi aylıq 10-15 min dollar/avro civarında yüksək əməkhaqqı və hər cür şərait təklif edirlər:
"Bir gənc xaricdəki o təminatı, o yüksək maaşı qoyub, vətənə qayıdanda 400-500 manata çalışarmı? Əsas müzakirə və həll olunmalı məsələ məhz budur. Biz gəncləri vətənpərvərlik hissləri ilə qınamaqla heç nəyə nail olmayacağıq. Zaman praqmatizm zamanıdır. Əgər biz o beyinlərin vətənə daha böyük həvəslə qayıtmasını və burada dəyişiklik etməsini istəyiriksə, onlara layiq olduqları maddi və peşəkar ekosistemi, layiqli əməkhaqqı mühitini yaratmalıyıq".

Xəbər xətti