ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinin İranla müharibədə yardımdan imtina etmək qərarına münasibət bildirərkən bildirib ki, ABŞ-ın NATO-ya töhfələri çox yüksəkdir.
Ucnoqta.az xəbər verir ki, o, Ağ Evdə jurnalistlərə bildirib.
"Deməli, biz bütün bu pulları xərcləmişik - yəqin ki, 600 ... Düşünürəm ki, ildə 600 milyard dollar xərcləmişik, elə deyilmi? Bir düşünün: NATO-ya xərclədiyimiz pulun miqdarı dəlilikdir və bu, bizə kömək etməyib", - deyə Amerika lideri qeyd edib.
Amerika liderinin sözlərinə görə, ABŞ "kiçik məsələlərdə" yardım ala bilmədiyi üçün onu verməkdən imtina etmək hüququna malikdir.