ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Departamenti Vaksin Məsləhət Komitəsinin bütün üzvlərini ictimai etimadın bərpa olunmasının vacibliyini əsas gətirərək işdən çıxarıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin press-relizində deyilir.
Komitə Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri üçün vaksinlərin təhlükəsizliyi, effektivliyi və zəruriliyi ilə bağlı ekspert rəyləri hazırlayır.
Koronavirus pandemiyası zamanı peyvəndlərə skeptisizmi ilə məşhurlaşan Səhiyyə Naziri kiçik Robert Kennedi yeni komitə təyin etməyi planlaşdırır, lakin mərkəz bunun nə vaxt ediləcəyini dəqiqləşdirməyib.
Eyni zamanda, idarə komitənin növbəti iclasını iyunun 25-27-nə təyin edib.
Xüsusi olaraq vurğulanır ki, komissiyanın 17 üzvünün hamısı Co Bayden administrasiyası tərəfindən təyin edilib, bu təyinatlardan 13-ü 2024-cü ildə həyata keçirilib. Nəticədə Donald Tramp administrasiyası 2028-ci ilə qədər komissiyanın tərkibinə nəzarət yarada bilməyib.