Bu il ölkədə dərs vəsaitlərinin yenilənməsi üçün ayrılan vəsaitin məbləği açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, ATV Xəbərin verdiyi məlumata görə, Elm və Təhsil Nazirliyi məktəbəqədər hazırlıq qruplarından başlayaraq buraxılış siniflərinədək bütün dərs vəsaitlərinin yenilənməsi ilə bağlı işləri başa çatdırıb.
Qeyd olunur ki, dərsliklərin çapı və təkmilləşdirilməsi məqsədilə dövlət büdcəsindən təxminən 13 milyon manat vəsait ayrılıb.
Bəs yeni dərs vəsaitləri müəllim və şagirdlərə nələri vəd edir?