Ohanyan və Minasyana qarşı cinayət təqibinin başlanılmasına icazə verildi

20:19 - 9 İyun 2025 - Xəbər

Ermənistan parlamentinin sədri Alen Simonyan baş prokuror Anna Vardapetyanın Seyran Ohanyan və Artsvik Minasyana qarşı cinayət təqibinin başlanması barədə vəsatətini təmin edib.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl baş prokuror Simonyana müraciət göndərərək, Milli Assambleyanın “Ermənistan bloku” fraksiyasının rəhbəri Seyran Ohanyana və həmin fraksiyanın katibi Artsvik Minasyana qarşı cinayət işinin başlanması üçün parlamentdən icazə istəyib.

Xəbər xətti