İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 60 mini keçib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
Məlumata görə, 2023-cü il oktyabrın 7-dən bəri İsrail təcavüzü qurbanlarının ümumi sayı 60 034 ölü, 145 870 yaralıya çatıb.